Ukraynanın Xarkov vilayətinin səmasında Rusiyaya məxsus hərbi təyyarə vurulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Novobabar rayonunun ərazisinə düşüb.
Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, məhz bu təyyarə bir qədər əvvəl Xarkovu bombalamışdı.
Nəticədə isə 8 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdı.