Hindistanda bir yeniyetmə “X-Men” filminin qəhrəmanı olmaq üçün özünə civə yeridib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ancaq məktəbli super güclər qazanmaq əvəzinə xəstəxanaya düşüb.
Məlumatda bildirilir ki, 15 yaşlı şagird “sol qolunda sağalmayan çoxsaylı xoralarla” travma mərkəzinə müraciət edib. Bundan əlavə, yeniyetmə hörümçək adam kimi olacağını zənn edərək, hörümçəklərin onu dişləməsinə icazə verib.
Həkimlər hindlinin bu davranışının səbəbinin narkotik maddə asılılığı ilə əlaqələndirərək ona psixiatrik müayinə təyin ediblər. Mütəxəssislərlə söhbətində gənc deyib ki, üç dəfə termometrdən bədəninə civə vurub.
Xoşbəxtlikdən, oğlan damar və qan damarlarından yan keçərək dərisinin altına civə yeridib ki, bu da müalicəni xeyli asanlaşdırıb.