Vulqar formada hüquqi məsləhət: Nazir işə qarışdı,  araşdırma başladı -VİDEO
07 yanvar 2026 12:15 (UTC +04:00)

Vulqar formada hüquqi məsləhət: Nazir işə qarışdı, araşdırma başladı -VİDEO

0

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən qadın vəkilin sosial mediada etdiyi paylaşım ictimai reaksiyaya səbəb olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, paylaşımın ardından vəkil barəsində İzmir Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladıldığı bildirilib.

Türkiyənin ədalət naziri Yılmaz Tunç sosial media hesabında verdiyi açıqlamada vəkillik peşəsinin ictimai məsuliyyət daşıdığını vurğulayıb, hüququn ciddiliyini zədələyən və yanlış yönləndirmə yaradan davranışların qəbuledilməz olduğunu qeyd edib.

Bildirilib ki, məsələ ilə bağlı İzmir Vəkil Bürosu tərəfindən də intizam araşdırması başlanıb. Araşdırmada vəkilin peşə etikası qaydalarına zidd davranıb-davranmadığı dəyərləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3159

Oxşar yazılar