“Atılan qanadlı raket Xarkovun mərkəzində dəhşətli vəziyyət yaradıb”.
Bunu Lent.az-a Xarkovda yaşayan Kifayət Cəfərova deyib.
“Vəziyyət dəhşətlidir. Bizim evdən 100 metr aralı mərmi düşüb. Şevçenko parkına, mərkəzi meydana və vilayət administrasiyasına da atıblar. Gecəni sakit yatmışıq, amma səhər açılandan dayanmadan başımıza bomba, raket yağır”, - deyə o bildirib.