Vaşinqtonda fövqəladə vəziyyətin müddəti uzadılıb.
APA-nın "NBCNews" kanalına istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya ştatının meri Myuriel Bauzer bildirib.
Fövqəladə vəziyyətin daha 15 gün uzadıldığını vurğulayan mer qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qəzəb və şiddətə heyrandır.
Daha əvvəl şəhərdə saat 18:00-06:00 (yerli vaxtla) komendant saatı elan olunub.
Vaşinqtonun polis rəisi isə bildirib ki, Prezident D. Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb, polis 52 nəfəri həbs edib.
Xatırladaq ki, hazırkı Prezident D. Trampın tərəfdarları yeni seçilmiş Prezident Co Baydenin qələbəsinin Senat tərəfindən təsdiqlənməsinə mane olmaq üçün oraya hücum edib.