İnformasiyanın kasad olmasına baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, indiyədək Şimali Koreyada 3,7 milyon nəfər koronavrus yoluxub.
Lent.az xəbər verir ki, bunu qurumun fövqəladə hallar üzrə məsul şəxsi Maykl Rayan bildirib.
“Hazırda bizim şəraiti yerində dəyərləndirmək imkanımız yoxdur. Lakin bir məsələ məlumdur. Vəziyyət pisləşir” – deyə Rayan vurğulayıb.
Qeyd edək ki, KXDR-də rəsmi olaraq koronavirus ifadəsi işlədilmir, “qızdırma” sözündən istifadə edilir.