"ABŞ koronavirusla bağlı hesabatın təfərrüatlarını ÜST-lə bölüşməyib. Biz buna təəssüf edirik".
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu bəyanatı ÜST rəhbəri Tedros Qebreyesus verib.
O bildirib ki, hazırda ÜST-ün əlində koronavirusun necə yaranması və dəqiq mənşəyi barədə ətraflı məlumat yoxdur.
“ÜST indiyədək bu virusun yaranmasına dair müxtəlif hipotezlərin araşdırılmasından imtina etməyib. İşimiz hələ davam edir. Biz əlində məlumatı olan hər bir ölkə və təşkilatı onları bizimlə bölüşməyə dəvət edirik”,- deyə ÜST rəhbəri bildirib.