ÜST-dən isti havalarla bağlı XƏBƏRDARLIQ:  Bunlara əməl edin
19 avqust 2023 18:28 (UTC +04:00)

ÜST-dən isti havalarla bağlı XƏBƏRDARLIQ: Bunlara əməl edin

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe 2023-cü il və ondan sonrakı illərin tarixin ən isti illəri ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kluqe istidən qorunmaq üçün məsləhətlər verib. Onun sözlərini BMT-nin mətbuat xidməti “Nature” elmi nəşrinin məlumatlarına istinadən yayıb.

Materialda qeyd olunur ki, keçən il Avropada baş verən istilər 60 mindən çox insanın həyatına son qoyub ki, bu da alimlərin proqnozlarından üç dəfə çoxdur.

Təşkilat qısamüddətli hava proqnozunu diqqətlə izləməyi və səlahiyyətlilərin fərmanlarına əməl etməyi tövsiyə edib. Hans Kluqe daha tez-tez sərin su içməyə, günün ən isti vaxtında bayıra çıxmamağa, uşaqları və heyvanları park edilmiş avtomobillərdə qoymamağa çağırıb.

Bundan əlavə, yaşayış sahəsini həddindən artıq istiləşmədən qorumaq üçün pəncərələrin pərdə ilə örtülməsi də tövsiyələr arasındadır.

Bundan əvvəl Ümumdünya Meteorologiya Təşkilatı hazırkı həddindən artıq isti havanı yeni norma adlandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184

Oxşar yazılar