"Uşaqlar zirzəmidədir", Xarkov "Qrad" atəşinə tutuldu - VİDEO
28 fevral 2022 15:13 (UTC +04:00)

"Uşaqlar zirzəmidədir", Xarkov "Qrad" atəşinə tutuldu - VİDEO

Bu dəqiqələrdə Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkov "Qrad"dan atəşə məruz qalıb.

Lent.az Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Anton Geraşinkanın telegram kanalına istinadən xəbər verir ki, onlarla ölü var, yaralıların sayı həddən artıq çoxdur.

Hadisə yerinə təcili yardımlar gedir.

***

15:13

Hazırda Xarkovda sakitlikdir, insanlar küçələrə çıxa bilirlər”.

Bunu Lent.az-a Xarkovda yaşayan azərbaycanlı Kifayət Cəfərova deyib. O bildirib ki, bu səhər saat 4-ə işləmiş şəhər atəşə tutuldu, indi sakitlikdir:

“Dünən isə şəhər polislərlə dolu idi. Onlar ordudan qaçan rus hərbçilərini axtarırdılar.  Çoxlu əsr tutulub, ruslar çox itki verib.  Ukraynaya kömək məqsədilə gələn yardımlar da Rusiyanı qıcıqlandırıb”. 

Xarkovda təhsil alan tələbələrdən danışan Kifayət xanım bildirib ki, onlar üçün ən təhlükəsiz yer yataqxanaların zirzəmisidi. “Uşaqları da zirzəmidə saxlayırıq. Buranın binaları keçmişin binaları olduğundan çox möhkəmdi”. 

Həyatını itirən azərbaycanlı 35 yaşlı tələbə oğlan da çox məşhur memar Katib Məmmədovun qardaşı oğludur. Ailəli idi. O, ehtiyatsızlığının qurbanı oldu. 

Qalan bütün tələbələr nəzarətimizdədir. Onlara evdən çıxmamaqları qəti şəkildə tapşırılıb. Tələbələrin ünvanlarını qeyd etmişik, ərzaqları göndərilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3777
avatar

Aytəkin Cəlali

Oxşar yazılar