Uşaq vaxtı ayrılan əkizlər 81 il sonra qovuşdular
12 fevral 2024 19:45 (UTC +04:00)

Uşaq vaxtı ayrılan əkizlər 81 il sonra qovuşdular

ABŞ-da uşaqlıqda ayrılan bacılar 81 ildən sonra bir-birlərini tapıblar. Bu barədə New York Post məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 90 yaşlı Mauriliya Çaves və Andrea Lopez 5 yaşında valideynlərini itiriblər. Bundan sonra qohumları ilə ayrı yaşamağa başlayıblar. Qadınlar sonuncu dəfə bir-birlərini doqquz yaşında görüblər.

2023-cü ilin sonunda əkizlər DNT testi sayəsində onlar yenidən bir-birlərini tapıblar. Müayinə qadınlara onlarla əlaqəni itirmiş digər bacı-qardaşları da tapmağa kömək edib. Qohumlar 81 illik ayrılıqdan sonra yenidən qovuşmazdan əvvəl bir neçə həftə bir-birlərinə zəng edib ünsiyyətdə olublar.

Nevada ştatında yaşayan Lopez uzun illərdən sonra ilk dəfə şəxsən görüşdüyü Koloradoda Çavesi ziyarət edib. Lopez etiraf edib ki, bacısını yaxşı xatırlamadığı üçün onu ilk dəfə görürmüş kimi hiss edib.

Əkizlər bir-birləri ilə uşaqlıq illərini xatırlayaraq birlikdə vaxt keçiriblər. “Mən dünyanın ən xoşbəxtiyəm, çünki onu bir daha görəcəyimi heç düşünməmişdim. Körpə kimi ağlamağımın başqa bir səbəbi tənhalığımdır. Mənim gözəl ailəm var, amma mənə həqiqətən ehtiyacım olan şey bacım idi,” Çavez deyib.

Bacılar itirilmiş vaxtın əvəzini çıxmağı planlaşdırır və bir-birinin yanında yaşamaq arzusundadırlar. Onlar artıq birlikdə hansı dövlətə köçəcəklərini müzakirə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4119
avatar

Oxşar yazılar