Filippində universitetdə törədilən terror aktında ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə “Manila Times” məlumat yayıb.
Ölənlərin sayı 11 nəfərə çatıb.
Maravi şəhərində Mindanao Dövlət Universitetinin idman zalının binasında baş verən partlayışda 46 nəfərin yaralandığı bildirilir.
Reuters agetliyinin məlumatına görə, hücuma görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürüb.
***
03.12.2023
Saat 06:25
Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “Manila Bulletin” məlumat yayıb.
"Dekabrın 3-də Maravi şəhərində kütləvi aksiya zamanı partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.
Portalın məlumatına görə, partlayış Mindanao Dövlət Universitetinin binasında katolik mərasimi zamanı baş verib.
Polisin məlumatına görə, hazırda qumbara, yoxsa əldəqayırma partlayıcıdan istifadə edildiyi məlum deyil.