İsrail Ukraynaya silah satmayıb, yalnız tibbi və humanitar yardım göstərib.
Lent.az-ın xəbərinə görə, bunu İsrailin müdafiə naziri Beni Hants bildirib.
“Bir daha dəqiqləşdirmək istəyirəm ki, biz Ukraynaya silah satmamışıq. Biz onlara yalnız tibbi və humanitar yardım göstərmişik” – deyə nazir Kol Chai radiosuna müsahibəsində vurğulayıb.