Rusiyanın bu gün Ukraynaya atdığı raketlər müxtəlif tipli olub.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu qənaətə hərbi ekspertlər qrupu gəlib.
Ekspertlər bildirirlər ki, hücum zamanı 39 ədəd Х-101/Х-555 raketi, 22 “Kalibr” raketi, 3 ədəd X-22 raketi, 6 ədəd X-59 aviaraketi, 1 radar əleyhinə raket istifadə edilib. Raketlər müxtəlif yerlərdən, o cümlədən Qara dənizdən atılıb. Ukrayna HHM qüvvələri 70 raketdən 60-nı vursa da, infrastruktura ciddi ziyan dəyib.