Rusiya mayın 9-da ukraynalı əsirlərlə parad təşkil etmək niyyətindədir.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Mark Feyqinə müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
“Rusiya Federasiyası mayın 9-da ukraynalı əsirlərlə parad təşkil etmək istəyir. Əsirləri bu cür ələ salmaq cinayətdir, Cenevrə Konvensiyasının və bütün müharibə qaydalarının çox ciddi şəkildə pozulmasıdır”,- deyə Arestoviç bildirib.