Ukraynada Rusiya ordusunun daha bir generalı öldürülüb.
Lent.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
Müşavirin sözlərinə görə, ilkin məlumata görə, rusiyalı general Xerson bölgəsində zərərsizləşdirilib.
Generalın adını açıqlamayan A.Arestoviç əlavə edib ki, eyni zamanda, Rusiyanın xeyli sayda canlı qüvvəsi artilleriya zərbəsi ilə məhv edilib.