Ukraynada Rusiyanın 30-dan çox dronu vuruldu
23 may 2023 08:47 (UTC +04:00)

Ukraynada Rusiyanın 30-dan çox dronu vuruldu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib.

Lent.az xəbər verir ki, Baş Qərargahı səhər məlumatında Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, “İsgəndər-M” ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilir. Bundan əlavə, Rusiya ordusu Ukraynaya qarşı 48 “Şahed” kamikadze PUA-sı tətbiq edib.

Mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib.

“Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 “Şahed” dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər”, - deyə məlumatda bildirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar