Ukraynada ölən mülki şəxslərin sayı məlum oldu
03 may 2022 06:13 (UTC +04:00)

Ukraynada ölən mülki şəxslərin sayı məlum oldu

Rusiya-Ukrayna müharibəsi 3 mindən çox mülki şəxsin ölümünə səbəb olub.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, statistikanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yayıb. 

Məlumatda bildirilir ki, Ali Komissarlıq fevralın 21-dən mayın 1-dək 3153 mülki şəxsin öldüyünü, 3 316 nəfərin yaralandığını təsdiq edib. Lakin real rəqəmlər daha yüksəkdir. Səbəb bəzi yerlərdə intensiv döyüşlər getdiyi üçün məlumat əldə etməyin mümkün olmamasıdır. Donetsk, Luqansk və Xarkovda çox sayda mülki şəxs öldürülsə də, faktı yoxlamaq mümkün deyil. Bu səbəbdən sözügedən ərazidəki insan itkiləri siyahıya daxil edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549

Oxşar yazılar