Ukraynanın Zaporjye vilayətində mülki təyyarə qəzaya uğrayıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Zaporojye vilayətində qəzaya uğrayan “AN-26” təyyarəsinin Rusiya ordusunun vurmadığı məlum olub. Təyyarənin son dərəcə aşağı hündürlükdə uçduğu müəyyənləşib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, təyyarə həddindən artıq aşağı hündürlükdə uçaraq yüksək gərginlikli elektrik xəttinə dəyib.
Mülki təyyarənin Rusiya hava hücumundan müdafiə vasitələrinin aşkarlanmaması üçün aşağı hündürlükdə uçduğu vurğulanır.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza zamanı ilkin məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.