Ukraynada itkinlərlə bağlı “Telegram” kanalı yaradıldı  - Müraciət edin!
07 mart 2022 19:46 (UTC +04:00)

Ukraynada itkinlərlə bağlı “Telegram” kanalı yaradıldı - Müraciət edin!

Ukraynada müharibə zamanı itkin düşən yaxınlarını axtaranlar üçün “İtirilmişləri axtar” adlı “Telegram” kanalı (https://t.me/poshuk_znyklyh) yaradılıb.

Lent.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi Rabitə Dövlət Xidməti “Telegram”da məlumat yayıb.

Qeyd edilib ki, kanal tapılan və ya itkin düşənlər haqqında bazaya operativ məlumatlar yerləşdirəcək. 

İtkin düşənlərlə bağlı kanala müraciət edənlər aşağıdakı məlumatları yazmalıdırlar: 

-    İtkin düşən şəxsin adı və soyadı;
-    Doğum ili; 
-    İtkin düşdüyü şərait; 
-    Sonuncu dəfə əlaqə saxlanıldığı tarix, vaxt;
-    Əlaqə nömrəsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2694
avatar

Rəsul SARI

Oxşar yazılar