Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsini istəyir.
Lent.az xəbər verir ki, diplomat bunu Parisdə keçirilən simpoziumda bildirib.
Diplomat bildirib ki, Ukraynanın münaqişədən çıxması beynəlxla hüquqa uyğun gəlməlidir. Rusiyanın təhlükəsizliyini isə Ukraynadan sonra müzakirə etmək mümkündür.
Borrel daha sonra əlavə edib ki, Ukrayna nə qədər dağıntıya məruz qalsa, Aİ-yə üzvlük üçün şansı da artır.