Ukrayna yeni raket sistemləri  əldə etdi
16 iyul 2022 00:23 (UTC +04:00)

Ukrayna yeni raket sistemləri əldə etdi

0

Ukrayna ABŞ istehsalı olan ilk M270 MLRS yaylım atəşli reaktiv sistemini (YARS) əldə edib

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov məlumat verib.
Nazir bildirib ki, yeni silahlar HİMARS sistemləri ilə birgə tətbiq ediləcək.

Açıq mənbələrdə olan məlumata görə, M270 MLRS tırtıllı texnika üzərinə montaj edilir. Silah sutkanın istənilən vaxtında və istənilən hava şəraitində hərbi texnikanı, toplaşma və komanda məntəqələrini məhv etmək üçün nəzərdə tutulub. M270 30 kilometrədək uzaqlıqdakı hədəfi vura bilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1581

Oxşar yazılar