NATO ölkələri iyulda Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansına üzv olmaq üçün Ukraynaya dəvət göndərməmək qərarına gəlsələr də, Kiyevlə qarşılıqlı əlaqələrin artırılması imkanlarını müzakirə edəcəklər
Lent.az-ın məlumatına görə, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşrin rəsmi mənbələrə istinadən qeyd etdiyi kimi, alyansın 31 üzvü arasında Kiyevin çağırışlarına baxmayaraq, iyulun 11-12-də keçiriləcək görüşdə NATO-nun Ukraynaya rəsmi dəvət göndərməyəcəyi barədə konsensus var. Qəzetə görə, Şərqi Avropa ölkələri bu məqsədə doğru konkret addımlar atır, o cümlədən Ukraynanın üzvlüyünün vaxtı ilə bağlı potensial öhdəliklər götürür, ABŞ və Qərbi Avropa dövlətləri isə daha kiçik addımlar atmağa çalışır.
Məqalədə bildirilir ki, alyans ölkələri “Ukraynanın üzvlüyü ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar”. Son zamanlar bu məsələnin müzakirəsi intensivləşib. Nəşr izah edir ki, NATO-ya üzv dövlətlər “Ukraynanın Qərb alyansına qoşulması üçün növbəti addımları müəyyən etmək üçün məsləhətləşmələr aparır”.