Tutanhamonun məzarını tapan alimlər niyə öldü? - SİRRİ AÇILDI
03 yanvar 2024 19:25 (UTC +04:00)

Tutanhamonun məzarını tapan alimlər niyə öldü? - SİRRİ AÇILDI

Alimlər 100 il əvvəl Misir fironu Tutanhamonun məqbərəsini kəşf edən britaniyalı arxeoloqların müəmmalı ölümünün səbəblərini izah edə biliblər. Onilliklərdir ki, kəşfiyyatçılara sirli bir “lənət” gətirildiyi barədə şayiələr yayılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, uzun illər aparılan axtarışlardan sonra Tutanhamonun məzarı britaniyalı arxeoloq Hovard Karter tərəfindən aşkar edilib. Bir neçə il sonra məzarı tapan insanlar ölüb. Onların arasında Karterin özü olub.

Elm adamları indi tədqiqatçıların məzarda tapılan Aspergillus göbələklərinin yaratdığı “mağara xəstəliyi” səbəbindən öldüklərini ehtimal edirlər. Belə şəraitdə göbələklər çox uzun müddət yaşayır və bundan əlavə, onların virulentliyini artırırlar.

Beləliklə, Tutanhamonun lənəti ilə bağlı şayiələr yalnız mif hesab edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4785
avatar

Oxşar yazılar