Türkiyənin yeni maliyyə naziri  o oldu
02 dekabr 2021 02:30 (UTC +04:00)

Türkiyənin yeni maliyyə naziri o oldu

Türkiynin Xəzinə və Maliyyə naziri vəzifəsində dəyişiklik edilib. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı Türkiyənin “Resmi gazete”sində dərc olunub.

Qeyd olunub ki, Türkiyə Prezidentinin qərarı ilə xəzinə və maliyyə naziri Lütfi Elvanın tutduğu vəzifədən azad edilməsinə dair ərizəsi  qəbul edilib və bu vəzifəyə nazir müavini Nurəddin Nebati təyin edilib.

Nurəddin Nebati hakim Ədalət və İnkişaf Partiyasının (AKPartiya) iki çağırış millət vəkili olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

Oxşar yazılar