Bəkir Pakdəmirli, meşə sənayesi naziri
04 avqust 2021 10:38 (UTC +04:00)

Bəkir Pakdəmirli, meşə sənayesi naziri

Türkiyədəki yanğınlarla bağlı son vəziyyət: 163 yanğından...

Türkiyədə iyulun 28-də başlayan 163 yanğından 152-si söndürülüb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə kənd təsərrüfatı və meşə sənayesi naziri Bəkir Pakdəmirli açıqlama verib. Onun sözlərinə görə, güclü yanğının davam etdiyi Muğladan 16603 nəfər təxliyə edilib.

Məlumata görə, yanğınların söndürülməsində 16 təyyarə, 9 pilotsuz uçuş aparatı, 51 helikopter, 805 texnika və 5200 nəfər yanğınsöndürən cəlb olunub.

Sevinc Fərid

# 2361
avatar

Oxşar yazılar