Türkiyənin Mersin əyalətində polis yataqxanasına silahlı hücum olub.
Lent.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, iriçaplı silahlarla törədilən hücumda 2 polis əməkdaşı yaralanıb.
Hadisə zamanı hücumu törədən şəxslərin avtomobili alışıb. Əraziyə çox sayda polis və yanğınsöndürən cəlb olunub. Hücumda şübhəli bilinən bir nəfər saxlanılıb.