Çərşənbə axşamı Türkiyənin mərkəzindəki Eskişehir vilayətində yeni temperatur rekordu qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Onun sözlərinə görə, ən yüksək temperatur Eskişehir vilayətində qeydə alınıb və 49,5 dərəcə Selsi təşkil edib. Əvvəlki rekord 20 iyul 2021-ci ildə Şırnak vilayətində 49,1 dərəcə Selsi göstəricisi ilə qeydə alınıb.