İncirlikdəki ABŞ Hərbi Dəniz Bazasında yerləşdirilmiş ABŞ bombalarının modernləşdirilməsi nəticəsində Türkiyə nüvə müharibəsində hədəfə çevrilə bilər.
Lent.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti yazıb.
Nəşr qeyd edib ki, Türkiyə Ukrayna münaqişəsi fonunda nüvə silahından istifadə ilə bağlı müzakirələrin gücləndiyini qeyd edib. Hələ 2020-ci ilin martında ABŞ/NATO Silahlı Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Uolters ABŞ nüvə silahından “çevik cavab olaraq” istifadə edən ilk ölkə olacaq deyib.
Analitiklər bildirir ki, onun verdiyi açıqlamalar və bombaların artması Türkiyəni nüvə müharibəsi zamanı hədəfə çevirəcək.
Nəşr Türkiyə hökumətinə heç bir tövsiyə vermir.
Qeyd edək ki, hazırda ABŞ B61 nüvə bombalarını B61-12 versiyasına təkmilləşdirib. Yeni B61-12 nüvə başlığı üzərində iş 17 il çəkib. Təkmilləşdirmə bütün nüvə və qeyri-nüvə komponentlərinin təmiri, təkrar istifadəsi və ya dəyişdirilməsi ilə B61 döyüş başlıqlarının xidmət müddətini minimum 20 il uzadıb. Yeni döyüş başlığına quyruq rotoru, manevr edilə bilən qanadlar və GPS naviqasiyası əlavə edilib ki, bu da dəqiqliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
İndi Vaşinqtonun məqsədi hər biri Xirosimaya atılandan 24 dəfə güclü olacaq B61-13 bombalarının istehsalına başlamaqdır.