Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski
11 aprel 2021 02:02 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski

Türkiyə ilə Ukrayna birgə təyyarə istehsal edəcək - RƏSMƏN AÇIQLANDI

“Türkiyə ilə Ukrayna 2023-cü ilə qədər prioritet investisiya layihəsi siyahısını təsdiqlədi. Bura infrastruktur, hava limanı və nəqliyyat kimi hərtərəfli layihələr daxildir”. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib. 

“Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişinin imzalanması ikitərəfli ticarətimizi liberallaşdırmaqla mümkün olacaq”, deyə bildirən V.Zelenski bu addımların nə qədər böyük məsuliyyət olduğunu və hər iki tərəfin milli maraqlarına uyğun olmasının vacibliyini qeyd edib: “Bu səbəbdən cənab Ərdoğanla vacib sazişin imzalanmasına imkan verəcək kompromislər barədə razılığa gəldik”. 

Enerji sahəsində əməkdaşlığa dair hər iki ölkənin razılığa gəlindiyini qeyd edən Ukrayna Prezidenti Türkiyə ilə ortaq təyyarə istehsal ediləcəyini də qeyd edib: “Müdafiə sənayesi strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Təyyarə istehsalındakı əməkdaşlığımızı da müzakirə etdik, sözügedən sahə hər iki ölkə üçün vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Oxşar yazılar