Trampın keçmiş mətbuat katibi üç saatlıq sorğudan sonra sərbəst buraxıldı - YENİLƏNİB
08 sentyabr 2021 03:19 (UTC +04:00)

Trampın keçmiş mətbuat katibi üç saatlıq sorğudan sonra sərbəst buraxıldı - YENİLƏNİB

Braziliya polisi tərəfindən hava limanında saxlanılan ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq mətbuat katibi Jeyson Millerin 3 saatlıq sorğu-sualdan sonra ABŞ-a uçmasına icazə verilib.

APA xəbər verir ki, bu barədə ABŞ mühafizəkarları arasında populyar olan Gettr sosial şəbəkəsinin rəhbəri Miller özü açıqlmam verib.
"Bu gün həmkarlarım və mən Braziliya mühafizəkar dairələrinin konfransına qatıldıqdan sonra Brasilia hava limanında üç saat dindirildik. ABŞ-a uçmağımıza icazə verildi", deyə sabiq mətbuat katibi vurğulayıb.
 

***

7 sentyabr, saat 21:37

Braziliya Federal Polisi ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq mətbuat katibi Jeyson Milleri hava limanında saxlayıb.

APA xəbər verir ki, bu barədə “Mertopoles” nəşri məlumat yayıb.
Bildirilib ki, o, ABŞ-a uçmaq üçün şəxsi təyyarəyə minmək istəyərkən uçuş zolağında saxlanılıb.

# 1428
avatar

Oxşar yazılar