Hindistanda polis məmuru toyundan 8 gün sonra boşanaraq başqa sevgilisi ilə evlənib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Uttar Pradeş sakini ondan 8 gün sonra qeyri-qanuni boşanan polis ərindən şikayət edib. Məlumata görə, Əzim adlı şəxs qeyri-qanuni olan “üçlü talaq” adlanan qaydadan istifadə edib. Hindistan müsəlmanları arasında yayılmış bu şəriət qaydasına görə, kişi üç dəfə “talaq” kəlməsini tələffüz etməlidir, bundan sonra onun nikahı batil sayılır.
Üstəlik, qeyri-qanuni boşanmadan bir neçə gün sonra Əzim başqa qadınla evlənib. Eyni zamanda, boşanan qadın polislə yeddi il münasibətdə olub və onun sevgilisindən xəbəri olmayıb.
Tərk edilmiş hindistanlı qadın iddia edir ki, qalmaqal yaradandan sonra Əzim onu döyüb və qohumları ilə birlikdə zorakılıqla hədələyib. O, həmçinin bildirib ki, keçmiş ərinin qohumları onu üç gün girov saxlayıblar. Bundan sonra o, xəyanətkar ərindən qisas almaq qərarına gəlib.
Hindistanlı qadının ifadəsi qəbul edilib və polis əməkdaşları onu bütün lazımi yardımı göstərəcəklərinə əmin ediblər.