Rusiyanın Novosibirsk vilayətində kişi toyda bəyə bıçaqla hücum edib.
Lent.az xəbər verir ki, bu barədə "Komsomolskaya pravda"məlumat yayıb.
Hadisə Koçenevo kəndində baş verib.
Yeni evlənən cütlük qohumlar ətrafında kiçik bir məclis qurub.
Həmin vaxt evə qonşulardan biri gəlib.
Bir müddət sonra qonaqlar gedəndən qonşudan da evi tərk etməsi istənilib.
Buna etiraz edən şəxslə bəy arasında münaqişə başlayıb.
Bundan sonra qonşu ona üç bıçaq zərbəsi vurub.
Nəticədə bəy ağır xəsarət alıb.
Hücum edən şəxs polis tərəfindən saxlanılıb.