Kolumbiyanın qərbində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 33-ə çatıb.
Lent.az-ın məlumatına görə, bunu ölkənin vitse-prezidenti Fransia Markes X sosial şəbəkəsində bildirib.
Fransia Markes 33 öləndən əlavə 19 nəfərin də yaralandığını bildirib. Axtarış-xilasetmə işləri davam edir.