Rusiyanın Samara vilayətinin gömrükçüləri strateji əhəmiyyətli ərzaq məhsullarının qonşu ölkəyə ixracını aşkarlayıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “İletsk-1” dəmir yolu stansiyasında 488 ton buğda və 67 ton şəkər tozu saxlanılıb.
Məhsulların Qazaxıstana aparılmasına cəhd edilib, lakin sözügedən ərzaqların ölkədən çıxarılması qadağan edildiyindən, bunun qarşısı alınıb.
Həmçinin, məhsulların arasında 20 ton arpa, 26 ton məişət texnikası və 7,7 ton avtomobil hissələrinin də olduğu bildirilib.
Orenburqda aşkar edilən yük Samaraya qaytarılacaq.