Kanadanın Ontario ştatının Kitçener şəhərində polis yerli beynəlxalq hava limanından qalxan təyyarələrdən birində partlayıcı qurğunu işə salmaqla hədələyən şəxsi saxlayıb.
Lent.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Hadisənin bazar ertəsi baş verdiyi bildirilsə də, bu barədə yalnız bu gün məlum yayılıb.
Kitçener hava limanında baş verən insident səbəbindən onlarla reys təxirə salınıb.
Şahidlərinin sözlərinə görə, nəzarətə alınan şəxs Vankuverə (Britaniya Kolumbiyası) uçması planlaşdırılan təyyarədə özünü qeyri-adekvat aparıb.
Laynerin göyərtəsində partlayıcı qurğu tapılmayıb.
Saxlanılan şəxsin 28 yaşı var, o, cinayət məcəlləsinin “ölümlə hədələməkdə və hava limanının işini pozmağa səbəb olan hərəkətlər” maddəsi ilə ittiham olunub.