İngiltərədə səmada olan təyyarəni ildırım vurub. Həmin anlar videoregistratorda lentə alınıb.
Lent.az bildirir ki, “Daily Star”ın məlumatına görə, hadisə noyabrın 1-də qeydə alınıb.
“Airbus Beluga” təyyarəsi Uelsdəki Havarden hava limanından havaya qalxdıqdan dərhal sonra ildırım vurub. Bildirilib ki, bundan sonra təyyarə adi rejimdə Almaniyanın Hamburq şəhərinə uçuşlarını davam etdirə bilib və təyinat yerinə qrafik üzrə enib.
Lakin yerli sakinlər hadisədən qorxduqlarını etiraf ediblər. Onların fikrincə, zərbə fotoda görünən güclü ağ parıltı, eləcə də “partlayış”ın qulaqbatırıcı səsi ilə müşayiət olunub. Təyyarəni ildırım vurduqdan sonra ingilislər də ərazidə elektrik enerjisinin kəsilməsindən və televiziya siqnalının itirilməsindən şikayətləniblər.