Təqaüdçü pulsuzluqdan evdə donub öldü: Dəfn xərcini ovcunda saxlamışdı...
12 fevral 2022 18:58 (UTC +04:00)

Təqaüdçü pulsuzluqdan evdə donub öldü: Dəfn xərcini ovcunda saxlamışdı...

Bir il əvvəl insult keçirərək Viktor adlı əlil təqaüdçü evində donub ölüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərində baş verib.

Qonşuların dediyinə görə, o, 8 min rubl pensiya alırmış:

“8 min rubl nəinki kömür və ya odunla isinməyə, hətta yeməyə belə çatmırdı. Onu daim biz qonşular yedizdirirdik”.

Qeyd edək ki, mərhum qoca ötən ildə də evində donub. Lakin qonşuların vaxtında müdaxiləsi onun sağ qalmasına səbəb olub. 

“Evi o qədər soyuq idi ki, əlləri, ayaqları işləmirdi, dərhal xəstəxanaya apardıq. Zavallı Viktorun  barmaqları amputasiya olundu. Yalnız bundan sonra sosial xidmətlər ona kömür gətirdi. Amma bu bir dəfə oldu, sonradan kömür verilmədi”, qonşular vurğulayıb.

Təqaüdçünün donmuş cəsədinə baxış keçirilən zaman onun əlində beşminlik əskinas olduğu müəyyən edilib. Bina sakinlərinin dediyinə görə, o, bu əskinası, heç olmasa, insan kimi basdırılması üçün saxlayıbmış.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5589
avatar

Rəsul SARI

Oxşar yazılar