Rusiyanın Moskva vilayətinin Çexov şəhər psixatrik xəstəxanasına gətirilən cinayətkar qaçıb.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, Aleksandr Kutuzov silsilə qətllər törətməkdə ittiham olunub. O, 2006-cı ildən həbsdə olub və psixatrik xəstəxanaya müayinə üçün gətirilib.
Məlumata görə, o, 2016-cı ildə də həbsdən qaçmağa cəhd edib.
Videogörüntülərdən məlum olub ki, gəzinti zamanı mühafizəçinin diqqətindən yayınaraq, hasardan aşıb və naməlum istiqamətdə gedib.
Aleksandr Kutuzov