Nigeryanın Zabarmari bölgəsində tarlaya gedən kəndlillər "Boko Haram" terror qruplaşmasının hücumuna məruz qalıb.
Lent.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hücumda 11 kəndli həyatını itirib, çox sayda insan qaçırılıb.
Xatırladaq ki, 2020-ci ilin noyabrında da "Boko Haram" üzvləri eyni bölgədə kəndlillərə hücum edib və nəticədə 70-dən çox adam ölüb.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.