Məhəmməd Sühail Şahin
22 sentyabr 2021 08:15 (UTC +04:00)

Məhəmməd Sühail Şahin

"Taliban" BMT-dəki Daimi nümayəndəsini DƏYİŞDİ

“Taliban” BMT-yə yazılı olaraq bildirib ki, Əfqanıstanın əvvəlki hökumət tərəfindən təyin edilmiş Daimi Nümayəndəsi Qulam İsakzai artıq ölkəni təşkilatda təmsil etmir.

APA-nın xəbərinə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Xak RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə bununla bağlı BMT Baş katibinin ünvanına sentyabrın 20-də rəsmi məktubla müraciət olunub: “Məktubda daimi nümayəndənin missiyasının tamamlandığı və artıq Qulam İsakzainin Əfqanıstanı təmsil etmədiyi bildirilib. Eyni zamanda, yeni daimi nümayəndə kimi Məhəmməd Sühail Şahinin təyin edildiyi qeyd edilib”. 

Fərxan Xak əlavə edib ki, məktubda, həmçinin, avqustun 15-dən Əfqanıstanın əvvəlki prezidenti Əşrəf Qəninin qovulduğu və ölkədə onun artıq prezident olaraq tanımadığını vurğulanıb”.

# 1950
avatar

Oxşar yazılar