Şüşə binanın şüşələri belə qırılmadı - Zəlzələdən sağ çıxan binanın sirri
14 fevral 2023 14:03 (UTC +04:00)

Şüşə binanın şüşələri belə qırılmadı - Zəlzələdən sağ çıxan binanın sirri

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sağ-salamat çıxan şüşə bina görənləri həm sevindirib, həm də iş doğru görülərsə, ən qorxulu faciələrdən belə yüngül zərərlə çıxmağın mümkünlüyünə inandırıb. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adıyamanda Kommagene Mədəniyyət Mərkəzinin ağıllı binası bir şüşəsi belə qırılmadan fəlakətdən sağ çıxıb.

Kommagene Mədəniyyət Mərkəzi binası 2022-ci ildə istismara verilib və şəhərin prestijli  memarlqı nümunəsi kimi qeydə alınıb.

4 mərtəbəli  binanın memarları Yavuz Özkaya və Sinan Erbuğ, inşaat işlərini isə “Global İnşaat” şirkəti həyata keçirib.

 Fasadı şüşə ilə örtülmüş bu bina yüksək standartlar əsasında tikilib və xəta payı sıfır səviyyəsindədir. 
Binanın memarları bildiriblər ki, tikinti zamanı binanın zəlzələyə davamlılığı dəfələrlə yoxlanılıb. Binanın yıxılmamasının əsas səbəbi onun verilmiş standart əsasında tikilməsi, bünövrəsində zəlzələ izolyatorlarının yerləşdirilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar