Suriyanın yeni hökuməti Əsədin ekstradisiyası üçün  rəsmi müraciət etdi
22 mart 2025 17:49 (UTC +04:00)

Suriyanın yeni hökuməti Əsədin ekstradisiyası üçün rəsmi müraciət etdi

Suriyanın yeni hakimiyyət orqanları 2024-cü ilin dekabrından Rusiya Federasiyasında olan ölkənin keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası tələbi ilə Rusiyaya rəsmi müraciət edib.

Lent.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Müvafiq müraciət Rusiya prezidenti Vladimir Putinə göndərilib.

Bəşər Əsəd Dəməşqin süqutundan sonra Suriyanı “Həyat Təhrir əş-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançıların hücumu nəticəsində tərk edib. 2024-cü il dekabrın əvvəlində eks-prezident istefa verib və ölkədən qaçıb. Bundan sonra ona və ailəsinə Rusiyadan sığınacaq verilib.

Suriyanın yeni lideri Əhməd əl-Şara Əsədin mühakimə üçün ekstradisiyasında israrlıdır. Mənbələrin məlumatına görə, yeni hakimiyyət keçmiş prezidenti Suriya xalqına qarşı cinayətlərdə ittiham edir və onun məhkəmə qarşısına çıxarılmasını tələb edir.

Qeyd edək ki, bu il yanvarın sonunda “Reuters” artıq Dəməşqdən oxşar tələblər irəli sürüb. Lakin o zaman Kreml məsələnin hərtərəfli öyrənilməsinin zəruriliyini əsas gətirərək vəziyyəti şərh etməkdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar