Çinə məxsus sualtı qayığın Sarı dənizdə qəzaya uğraması nəticəsində göyərtədə olan 55 dənizçi həlak olub.
Lent.az-ın məlumatına görə, bu barədə “Daily Mail” qəzeti Britaniya kəşfiyyat xidmətinin hesabatına istinadən məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, faciə avqustun 21-də baş verib. Çin sualtı qayığı Amerika sualtı qayıqları üçün nəzərdə tutulmuş zəncir və lövbərlərdən hazırlanmış tələyə düşüb. Nəticədə 55 Çin hərbçisi həlak olub. Ölənlər arasında 22 zabit, 7 kursant, 9 çavuş və 17 matros var. Sualtı qayığın kapitanı da dünyasını dəyişib.