Kamerunun paytaxtı Yaundedə futbol matçı faciəyə səbəb olub.
Lent.az-ın xəbərinə görə, Kamerun – Komor adaları matçı zamanı stadiona girişdə sıxlıq yaranıb. Basabas nəticəsində 6 nəfər həlak olub, əlliyədək adam xəsarət alıb.
Kamerun dövlət televiziyasının məlumatına görə xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.