Şir 10 illik qulluqçusunu parçaladı
24 fevral 2024 12:41 (UTC +04:00)

Şir 10 illik qulluqçusunu parçaladı

Nigeriyadakı Obafemi Avolovo Universitetinin zooparkında bir aslan işçini parçalayıb. Belə ki, yırtıcı qidalanarkən adama hücum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Nigeriyanın İlesa şəhərində universitet şəhərciyindəki zooparkda şir ona yemək gətirən qapıçıya hücum edib. Yırtıcı adamın başını və sinəsini parçalayıb.

Yaralını həmkarları qəfəsdən çıxarıblar, lakin adamı xilas etmək mümkün olmayıb. Aslan öldürülüb. Universitet əməkdaşlarının qeyd etdiyi kimi, baxıcı 10 ildən artıqdır ki, heyvana qulluq edib. Şir praktiki olaraq əhliləşdirilib. Yırtıcının niyə kişiyə hücum etdiyi bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4356
avatar

Oxşar yazılar