Şimali Koreyanın növbəti lideri  o olacaq - Kəşfiyyat AÇIQLADI
04 yanvar 2024 12:25 (UTC +04:00)

Şimali Koreyanın növbəti lideri o olacaq - Kəşfiyyat AÇIQLADI

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizəd Ço Tae Yonq hesab edir ki, Şimali Koreya liderinin qızı Kim Ju E Kim Çen Inın varisi kimi hazırlanır.

Lent.az xəbər verir ki bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Ço Tae Kim Ju E-nin ictimaiyyət qarşısında çıxışı və ictimai tədbirlərdə ona olan hörmət səviyyəsinin təhlili əsasında bu qənaətə gəlib.

Agentliyin qeyd etdiyi kimi, bu, Cənubi Koreya kəşfiyyatı üçün Kim Ju E-nin rolunu belə qiymətləndirən ilk bəyanatdır. Eyni zamanda, Ço Tae Yon əlavə edib ki, kəşfiyyat heç bir variantı istisna etmir, çünki KXDR lideri hələ gənc və sağlamdır.

2023-cü ilin oktyabrında Cənubi Koreyanın birləşmə naziri Kim Yonq Ho deyib ki, Kim Ju E onun xalq qarşısında çıxışı ilə atasının yerinə keçə bilər. Təxminən 10 yaşında olduğu güman edilən Ju E ilk dəfə 2022-ci ilin noyabrında atası ilə birlikdə “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət qarşısına çıxıb.

Kim sülaləsinin üçüncü nümayəndəsi Kim Çen In 2011-ci ilin sonundan hakimiyyətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5046
avatar

Oxşar yazılar