Koreya Xalq Demokratik Respublikasının qurucusu və ilk prezidenti Kim İr Senin kiçik qardaşı Kim Yen Çju 101 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə “Yonhap” nəşri məlumat yayıb.
Ölkənin hazırkı lideri Kim Çen In çərşənbə axşamı Kim Yen Çjunun vəfatı əlaqədar başsağlığı verib.
Qeyd edək ki, Kim Yen Çju 1920-ci ildə anadan olub və Kim İr Sen hakimiyyətə gəldikdən sonra bir sıra rəhbər vəzifələrdə çalışıb.
O, Koreya Fəhlə Partiyasının Təşkilat şöbəsinə rəhbərlik edib, lakin 1973-cü ildə onu Kim İr Senin oğlu Kim Çen İr əvəzləyib. 1993-cü ildə Kim Yen Çju yenidən siyasətə qayıdıb, Siyasi Büro üzvü olub, 1998-ci ildən isə Ali Xalq Məclisinin (Parlament) Daimi Komitəsinin sədrinin fəxri müavini vəzifəsini icra edib.