Sərvətini xeyriyyə fonduna verən milyarder öldü
11 oktyabr 2023 09:20 (UTC +04:00)

Sərvətini xeyriyyə fonduna verən milyarder öldü

“Duty Free Shoppers” şirkətinin yaradıcısı olan və təxminən 8 milyard dollar bağışlayan amerikalı iş adamı Çak Fini 93 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “Forbes” jurnalı xeyriyyə fonduna istinadən məlumat yayıb.

Qeyd olunur ki, Fini ötən gün San-Fransiskoda dünyasını dəyişib.

Məlumata görə, xeyriyyəçi təqaüdə çıxmaq üçün 2 milyard dollar qoyub. Onun həyat yoldaşı, birinci evliliyindən beş uşağı, 16 nəvəsi və dörd qardaşı oğlu qalıb.

Qeyd edilir ki, iş adamı ilk dəfə 1988-ci ildə “Forbes”in ən zəngin amerikalılar siyahısına düşüb. O zaman onun sərvəti 1,3 milyard dollar qiymətləndirilirdi, lakin sonradan məlum oldu ki, Fini kapitalının böyük hissəsini gizli şəkildə xeyriyyə fonduna köçürüb. Ondan gələn vəsait səhiyyəyə, elmi tədqiqatlara və insan hüquqlarının müdafiəsinə yönəldilib.

Məsələn, fondun pulları Cənubi Afrikada QİÇS-lə mübarizə layihələrinə, eləcə də İrlandiyada universitetlərin inkişafına yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297
avatar

Oxşar yazılar