Şahzadə Diananın dostları Tarek və Syuzi Kassamlara yazdığı şəxsi məktublar hərraca çıxarılacaq.
Lent.az Daily Mail-ə istinadən xəbər verir ki, hərraca 1995 - 1996-cı ildə yazılmış 32 məktub təqdim olunacaq.
Məktublarda Diana boşanmasının səbəbləri və sonrakı peşmanlıqları barədə duyğularını paylaşıb. O, həmçinin telefon danışıqlarının dinlənildiyini, izləndiyini də yazıb.
Kassem ailəsi bildirib ki, mərhum şahzadənin məktublarını saxlamaq böyük məsuliyyətdir və onlar bu yükü övladlarına buraxmaq istəmirlər.
Məktublar fevralın 16-da satışa çıxarılacaq.
2021-ci ildə Diananın 39 məktubu hərracda 14 min dollara satılmışdı.