Şagirdi ilə cinsi əlaqədə olan  müəllim həbs edildi
28 fevral 2024 09:45 (UTC +04:00)

Şagirdi ilə cinsi əlaqədə olan müəllim həbs edildi

ABŞ-da Şimali Karolinadan olan müəllim 16 dəfə 15 yaşdan kiçik olan şagirdi zorladığı üçün həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 42 yaşlı Sarah Kathlin Majors fevralın 22-də saxlanılıb. Ona qarşı istintaq 2023-cü ilin oktyabrında, zərərçəkənin polisə müraciətindən sonra başlayıb.

İstintaqın məlumatına görə, müəllim oğlanla Solsberidə ibtidai məktəbdə oxuyarkən tanış olub. Majors onunla 2019, 2020, 2021 və 2022-ci illərdə, o, artıq orta məktəbdə oxuyarkən cinsi əlaqədə olublar.

Müəllim özü də Solsberi məktəbindən köçüb və ştatın digər təhsil müəssisələrində işləyib. Qadın hazırda Rovan County həbsxanasında saxlanılır. Ona 900 min dollar girov verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4431
avatar

Oxşar yazılar